Bəşər Əsəd rejimi Suriyanın şimalında Rakkanın İŞİD-dən geri alınması əməliyyatında iştirak edən PKK-nın Suriya qanadı YPG-lilərdən ibarət Suriya Demokratik Qüvvələrini bombalayıb.
Baki-xeber.com xəbər verir ki, Rakkanın qərbindəki Tabka ətrafını bombardmana tutan Suriya döyüş təyyarələri YPG-lilərin mövqeyini də vurub.
Onu da qeyd edək ki, ABŞ döyüş təyyarələri dünən Suriyanın cənubunda Əsəd rejimini dəstəkləyən silahlıları bombalamışdı. Əsədin bu gün Rakka yaxınlığında YPG-ni vurmasının da, ABŞ-ın dünənki bombardmanlarına cavab olduğu deyilir.
Əsasən YPG-lilərdən ibarət Suriya Demokratik Qüvvələri ABŞ-ın dəstəyilə Rakkada İŞİD-ə qarşı döyüşür.