Qırğızıstan hüquq-mühafizə orqanları özünü partlatmaq istəyən terrorçunu tutub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik üzrə Dövlət Komitəsi açıqlama yayıb. Açıqlaada deyilir ki, tutulan şəxs beynəlxalq terrorçu təşkilatın üzvüdür və təşkilat rəhbərliyinin göstərişilə insanların kütləvi toplaşdığı məkanlardan birində özünü partlaqmaq niyyətində olub.
Qırğız xüsusi xidmətinin açıqlamasında deyilir ki, tutulan şəxs intiharçı qismində xüsusi ideoloji hazırlıq və xüsusi mina-partlayış təlimi keçib.
Faktla bağlı cinayət işi açılıb.