Bu gün İran paytaxtı Tehranda daha bir faciəli olay yaşanıb.
Baki-xeber.com-un Türkiyənin NTV kanalına istinadən xəbərinə görə, naməlum şəxsin insanların üzərinə kimyəvi turşu atması nəticəsində 16 nəfər xəsarət alıb. İranın rəsmi Tesnim Xəbər Agentliyi bunun terror hadisəsi olmadığını bildirib.
Dinc insanları yaralayan şəxs yaxalanıb.
Xatırladaq ki, bundan bir gün öncə Tehranda ikiqat terror hadisəsi yaşanıb. Eyni anda İran parlamentinə və İmam Xomeyninin türbəsinə edilən intiharçı hücuu nəticəsində 13 nəfər həlak olub, 43 nəfər yaralanıb.
Hadisənin məsuliyyətini İŞİD terrorçu təşkilatı üzərinə götürsə də, İranın İslam İnqilabı Keşikçiləri Korpusu baş verənlərdə Səudiyyə Ərəbistanını günahlandırır.