Dünən Myanmanın Myey şəhərindən havaya qalxan hərbi sərnişin təyyarəsi çox keçmədən radarlardan itib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, təyyarənin fraqmentləri və sərnişinlərin meyitləri Andaman dənizində aşkar olunub. Təyyarənin vurulduğu və ya qəza keçirdiyi bəlli deyil. Myanma Hava Qüvvələrindən verilən rəsmi məlumata görə, təyyarədə 108 sərnişin, 14 ekipaj üzvü olub. Sərnişinlərin hərbçi ailələrinin üzvləri olduğu bildirilir.