İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) parlament binasına və Ayətullah Xomeyni türbəsinə terror hücumlarına görə, Səudiyyə Ərəbistanını günahlandırıb.
Baki-xeber.com xəbər verir ki, Axşam saatlarında açıqlama yayan İran İslam İnqilabı Keşikçiləri Korpusu hücumun arxasında Səudiyyənin olduğunu bildirərək, intiqamın alınacağını bəyan edib.
"Hücumun arxasında Səudiyyə Ərəbistanı dayanır. Buna heç kimin şübhəsi olmasın. Hücumun intiqamını alacağıq" – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 47 nəfər yaralanıb. Hücumlara görə məsuliyyəti İŞİD-üzərinə götürüb.