"Rusiya Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyil". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov slovakiyalı həmkarı Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Rusiya Balkan ölkələrinin, o cümlədən Monteneqro və Makedoniyanın Avropa iqtisadi inteqrasiyasının bir hissəsinə çevrilməsinə qarşı deyil. Biz buna qarşı deyilik və ola da bilmərik", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrovun sözlərinə görə, bu coğrafiyanın vahid iqtisadi mexanizm, bazar və ümumi iqtisadi məkana daxil olması təbiidir: “Ümid edirik ki, bu iqtisadi məkan nə vaxtsa Avrasiya qitəsinin qalan hissəsi ilə bərabər olacaq".
ələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.