Məşhur “The New Times” jurnalı maliyyə çatışmazlığı üzündən nəşrini dayandırmağa məcbur olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə müxalifət jurnalının baş redaktoru Yevgeni Albats bəyan edib. Özünün feysbuk səhifəsində Albats jurnalın üz qabığının fotosunu yerləşdirib, altında isə bu sözləri yazıb:”Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik”.
Qeyd edək ki, həftəlik ictimai-siyasi jurnal olan “The New Times” 1943-cü ildə təsis olunub və həftəlik nəşr olunurdu.