ABŞ-ın Paris İqlim razılaşmasından çıxması məsuliyyətsiz addımdır.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. Bu barədə İranın “Presstv” portalı xəbər yayıb. Xəbərə görə, o deyib ki, sözügedən addım beynəlxalq itimaiyyət qarşısında bu ölkənin rəhbərliyinin məsuliyyətsiz davranışının göstəricisidir. O deyib ki, iqlim dəyişikliklərinin fəsadları ilə mübarizə, xüsusilə inkişaf etmiş ölkələrin səmimi əməkdaşlığını tələb edir. “Üstəlik, ABŞ atmosferə parnik qazlarının buraxılması səviyyəsinə görə dünyada ikinci dövlətdir” – deyə o əlavə edib.