Şənbə günü London- bric körpüsündə sürətlə hərəkətdə olan avtomobil qəfil istiqamətini piyadalara doğru çevirərək onların üzərinə gedib.
Baki-xeber.com-un xəbərinə görə, bunun ardınca avtomobildə olan 3 kişi hadisə yerinin yaxınlığında yerləşən Boro-bazara üz tutaraq soyuq silahla insanlara hücum edib, nəticədə 50 nəfərə yaxın şəxs xəsarət alıb ki, onlar arasında hələlik 7 nəfər dünyasını dəyişənin olduğu bildirilir. Yerli mətbuat onlarla ağır xəsarət alanın olduğunu yazır.
Hər iki hadisə terror aktı kimi qiymətləndirilib. Bu barədə London polisinin açıqlamasında deyilir. Baş nazır tereza Meyin katibliyi də insidentlə bağlı açıqlama yayıb və baş verənlər terakt kimi qiymətləndirilib.
Xatırladaq ki, bu artıq 2 həftə ərzində ölkədə yaşanan ikinci terror hadisəsidir. Belə ki, mayın 22-də Mançester stadionunda konsert zamanı törədilən terror aktında 22 nəfər həlak olmuşdu.