Dağda itkin düşən UNICEF administratorunun meyiti tapılıb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Cənubi Afrikaya tətil üçün üz tutan Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun (UNİCEF) İnsan qaynaqları şöbəsinin həmsədri Charlotte Nikoi martın 21-dən itkin düşmüşdü. Ölkə mətbuatı yazır ki, Charlotte Nikoi Afrikanın Cape Town regionuna evlilik ildönümünü qeyd etmək üçün gəlibmiş.
UNICEF sözçüsü Najwa Mikki bildirib ki, Qana vətəndaşı olan Nikoi 18 ildir UNİSEF-də çalışırdı. Cənubi afrikalı yetkililər Nikoi'nin ölümü ilə bağlı istintaqın getdiyini açıqlayıb.