ABŞ prezidenti Donald Trampın iqlim üzrə Paris Sazişindən çıxmaq barədə qərarı Avropada sərt etirazla qarşılanıb.
Baki-xeber.com xəbər verir ki, Trampın niyyətinə sərt reaksiya verən Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, ABŞ-a iqlim razılaşmasından asanlıqla geri çəkilə bilməyəcəyini izah etməlidir
"Bəzilərinin ABŞ-a iqlim razılaşmasından asanlıqla geri çəkilə bilməyəcəyini izah etməlidir. Paris razılaşmasının məsuliyyətlərindən özünü kənara çəkmək uzun illər ala bilər" – deyə Avrokomissiya sədri bildirib.
Bu arada, Trampın qərarına Çin və Avropa Birliyi də birgə bəyanatla cavab verməklə bağlı razılığa gəlib. BBC yazır ki, cümə günü Brüsseldə AB-Çin zirvəsinin ardından açıqlanacaq bəyanatın ilkin mətnində razılaşmanın əhəmiyyətinə diqqət çəkilir. Qeyd edilir ki, razılaşmanın həyata keçirilməsi üçün ən yuxarı səviyyədə siyasi qərarlılıq nümayiş etdirilməlidir.
Bəyanatın, Trampın Paris razılaşması ilə əlaqədar son qərarı açıqlamasına az müddət qalmış verilməsi ABŞ-a qarşı birgə gediş kimi dəyərləndirilir.
Qeyd edək ki, ABŞ KİV-ləri Tramp iqlim üzrə Paris Sazişindən çıxmaq barədə qərar verdiyini yazıb. Bu xəbərlərdən sonar Tramp özü də yaxın günlərdə bununla bağlı rəsmi qərar veriləcəyini deyib.