Türkiyənin cənub-şərqindəki Şırnak əyalətində “Сoagar” helikopterinin qəzaya uğraması nəticəsində 13 hərbçi həlak olub.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Şırnakın Şenoba Tugay Komutanlığından havaya qalxan helikopterin az sonra yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində yanğın çıxıb və hava maşını yerə çırpılıb. Türkiyə Baş Qərargahı faktı təsdiqləyib.
Məlumata görə, helikopter havaya qalxdıqdan cəmi üç dəqiqə sonra qəzaya uğrayıb.