Son vaxtlar sıx şəkildə “Taliban”ın hücumlarına məruz qalan Əfqanıstan bu dəfə İŞİD-in hədəfi olub. Baki-xeber.com xəbər verir ki, paytaxt Kabildə prezident sarayı və diplomatik korpusların olduğu bölgədə çox böyük partlayış baş verib.
Belə ki, Almaniya səfirliyinin girişində bomba yüklü su maşını patladılıb. Böyük partlayışda Almaniya səfirliyinin binasında ciddi dağıntılar əmələ gəlib, səfirliyin əməkdaşları yaralanıb, əfqan mühafizəçilər isə ölüb. Türkiyə, Fransa və Hindistan səfirliklərinin binalarına da ziyan dəyib.
Hadisə nəticəsində ölü sayısı da artır, Daxili İşlər Nazirliyi ölü sayının 64, yaralıların isə 320 nəfər olduğunu açıqlayıb. Ancaq “Reuters” və “Al Jazeera” ölənlərinin sayının 80-ə yaxın olduğunu bildirir. Bir çox yaralının vəziyyəti ağır olduğundan ölü sayısının artacağı gözlənir.
Partlayışın təsiri Kabilin böyük bir hissəsində hiss edilib.
Partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb.