Rusiya ordusu Suriyanın tarixi şəhəri Palmira ətrafındakı İŞİD hədəflərinə qanadlı raketlərlə zərbə endirib. Baki-xeber.com xəbər verir ki, terrorçuların məhv edən raketlər Aralıq dənizindəki döyüş gəmisi və sualtı gəmilərdən atılıb.
İŞİD movqelərinə 4 raket zərbəsi endirilib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, raket zərbələrindən əvvəl Türkiyə, ABŞ və İsrailə bununla bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, terror təşkilatı İŞİD, hazırda Suriyada geniş bir əraziyə nəzarət edir, ancaq şəhər kimi əlində yalnız Rakka qalır. Qərbdəki ən böyük mərkəzi El Babdan çıxarılan terrorçular, əlindəki ən böyük şəhər Mosulu da itirmək üzrədir.
Proseslərin gedişi göstərir ki, Suriyada həm ABŞ-ın, həm də Rusiyanın hədəfində olan İŞİD, yaxın zamanlarda Rakkada mühasirədə qalacaq.