ABŞ prezidenti Donald Tramp dünya liderlərinə öz mobil telefon nömrəsini təqdim edərək, onları birbaşa əlaqədən yararlanmağa çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, Tramp ilk öncə bu çağırışla Kanada və Meksika liderlərinə səslənib. Sabiq amerikan məmurları bildirib ki, hələik bu “fürsətdən” yalnız Kanadanın Baş naziri Castin Tryudo yararlanıb. Fransalı məmurlar isə Trampın Fransa prezidenti Emmanuel Makrona da şəxsi mobil nömrəsini verdiyini deyib.
“Associated Press” məsələni şərh edərək yazır ki, “bu cür qeyri-adi dəvət diplomatik protokolu pozur, eyni zamanda bu halda baş komandanın danışıqlarının məxfiliyi və təhlükəsizliyi narahatlıq doğurur".