Türkiyə Ordusu İraqın şımalına endirdiyi hava zərbələrilə Kürd Fəhlə Partiyasının 13 nəfər üzvünü məhv edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında deyilir. Açıqlamada bildirildiyinə görə, əməliyyat iraqın Avaşın-Basyan rayonunda keçirilib. Türkiyə Ordusunda ehtimal edirlər ki, məhv edilən PKK-lılar terror hazırlayırmış. Daha öncə isə 10 PKK-lı Türkiyənin cənub-şərqindəki Van əyalətində keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.