Brüsseldəki NATO sammitində iştirak edən ABŞ prezidenti Donald Tramp dünya liderləri ailə şəkili çəkilərkən etdiyi hərəkətlə diqqət mərkəzinə gəlib.
Baki-xeber.com xəbər verir ki, Tramp kameralar qarşısında iştirakçı liderlərlə getdiyi sırada qarşıya keçmək üçün Çernoqoriya baş naziri Dusko Markoviçi itələyib.
Tramp qarşıya keçmək üçün Markoviçin qolundan tutub onu sərt şəkildə geriyə itələdikdən sonra önə keçir. Trampın Çernoqoriya baş nazirini itələdiyi zaman üz ifadəsi və etdiyi əl hərəkəti də diqqət çəkir. Ancaq Markoviç bir şey olmamış kimi davranıb.