ABŞ prezidenti Donald Tramp Vatikana səfəri çərçivəsində Roma papası Fransisklə görüşüb.
Baki-xeber.com-un xəbərinə görə, Apostol sarayında baş tutan görüş yarım saat çəkib. Sonradan görüşə Trampön xanımı Melaniya, qızı İvanka və həyat yoldaşı Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti qatılıb. 12 nəfərlik nümayəndə heyətinin tərkibinə dövlət katibi Reks Tillerson da daxil olub.
Görüşdə diqqət çəkən ən maraqlı detal isə Melaniya Trampın vatikansayağı geyinməsi olub.
Papa Fransisk ABŞ prezidentinə simvolik hədiyyə - zeytun ağacı formasında medalyon hədiyyə edib.