Monteneqro iyunun əvvəlində NATO-nun tamhüquqlu üzvü olacaq. Trend-in məlumatına görə, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.
O qeyd edib ki, NATO ölkələri Monteneqronun alyansa daxil olması haqqında protokolun ratifikasiyası prosesini başa çatdırırlar: "Biz mayın 25-də NATO-nun sammitində bu ölkənin Baş nazirini alqışlayacağıq və gözləyirik ki, Monteneqro iyunun əvvəlində alyansın 29-cu üzvü olacaq".