Qırğızıstan paytaxtı Bişkekin mərkəzində partlayıcı qurğu aşkar edilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ölkənin Milli Təhlükəsizlik xidməti açıqlama yayıb.
Açıqlamaa bildirilir ki, çərşənbə günü səhər saatlarında quruma Milli Filarmoniyanın qarşısında partlayıcı qurğunun olması barədə anonim zəng gəlib. Ərazi əhatəyə alınaraq baxış keçirilib və nişan verilən yerdə əldədüzəlmə saxta partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.