İngiltərənin Mançester şəhərində qapalı stadionda partlayış baş verib.
Baki-xeber.com-un “The Guardian”-a istinadən xəbərinə görə, partlayış yerli vaxtla saat 22:35-də amerikan pop ulduzu Ariana Qrandenin ifasının dərhal ardından baş verib. “Reuters” ölənlər arasında azyaşlıların da olduğunu yazır. Partlayış nəticəsində 59 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkə rəhbərliyi baş verənləri terror hadisəsi kimi qiymətləndirib.