Səudiyyə Ərəbistanının kralı Salman ben Abdel Aziz Əl-Səud ABŞ prezidenti Donald Trampı Krallığın ali ordeni olan kral Abdul Aziz ordeni ilə təltif edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı xəbər yayıb. Xəbərə görə, mükafatlandırma Trampın amerikan nümayəndə heyətilə kralın iqamətgahını ziyarəti zamanı baş tutub.
Qeyd edək ki, Donald Tramp şənbə günü Ər-Riyadda Səudiyyə kralı ilə ikitərəfli danışıqlar aparıb. Bazar günü isə ABŞ prezidentinin Fars körfəzi Ölkələri Əməkdaşlıq Şurasının sammiti çərçivəsində altı ərəb ölkəsinin başçısı ilə görüşü planlaşdırılır.