Türkiyənin cənub-qərbində rusiyalı turistləri daşıyan mikroavtobus aşıb.
Baki-xeber.com-un “hurriyet”-ə istinadən xəbərinə görə, hadisə kurort zonaları Muğla və Dənizli arasındakı şosse yolunda yaşanıb. İlkin məlumata görə, nəticədə 2-si Türkiyə vətəndaşı olmaqla 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qeyd edək ki, Dənizlidə antik İerapolis şəhərinin qalıqları və Pamukkale adlı kurort ərazisi yerləşir. Qəza keçirən mikroavtobus Bodrumda istirahət edən turistləri həmin yerləri ziyarətə aparırmış.