“Shadow Brokers” haker qrupu Rusiya, Çin, İran və Şimali Koreyanın raket proqramlarını açıqlayacaq.
Baki-xeber.com-un ABŞ Milli Kəşfiyyat Agentliyinin casus proqramlarının məsuliyyətini üzərinə götürmüş haker qrupu bəyan edib ki, iyun ayından başlayaraq bir sıra ölkələrin raket proqramları ilə bağlı məxfi sənədlərin dərcinə başlayacaq. Beləliklə “Shadow Brokers” hər ay Rusiya, Çin, İran və Şimali Koreyanın raket proqramları, eyni zamanda SWIFT banklararası sistemindən sızan informasiyaları yayacağı ilə hədələyib.
Hakerlər həmçinin “Microsoft” korporasiyasının Windows əməliyyat sisteminə də daxil olmağı düşünür və “Microsoft” artıq “Shadow Brokers”-in hədələrinin qarşısının alınacağı ilə bağlı bəyanat yayıb.