ABŞ-ın müdafiə naziri Ceyms Mettisin telefon nömrəsi təsadüfən “The Washington Post” qəzetinin səhifəsində görüntülənib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Hill” qəzeti xəbər yayıb. Xəbərdə deyilir ki, əslində “The Washington Post” bir yazı ilə əlaqədar prezident Trampın fotosunu dərc edib. Fotoda isə Tramp əlində bir dəstə vərəqlə görüntülənib ki, onlardan birində qarşısında Pentaqon rəhbəri Ceyms Mettisin adı yer alan telefon nömrəsi əks olunub. Qəzetin redaksiyasına isə bu barədə diqqətli oxuculardan biri xəbər verib və şəkil dərhal səhifədən çıxarılıb.
Sonradan “The Washington Post” yazıb ki, bu nömrənin daha öncə Rusiyanın əlinə düşməməsinə görə özünü xoşbəxt sayır. Maraqlıdır ki, sözügedən hadisə Trampın Sergey Lavrovla görüşdə ona bir sıra məxfi məlumatlar verdiyini açıqladığı ərəfədə yaşanıb.