Dünən Fransua Ollanddan Fransa prezidenti postunu təhvil alan Emmanqel Makron ölkənin yeni baş nazirinin də adını açıqlayıb. Baki-xeber.com xəbər verir ki, Makron baş nazir vəzifəsinə Eduard Filipi təyin edib.
Respublikaçılar Partiyasından millət vəkili olan 46 yaşlı E.Filip Qavr şəhərinin meri olub. O, Respublikaçılar Partiyası daxilində keçirilmiş ilkin seçkilərdə Alen Jüpenin namizədliyini dəstəkləyib. Fransua Fiyon ilkin seçkidə qalib gəldikdən sonra Eduard Filip onun prezidentliyə namizədliyini dəstəkləməyərək, seçki kampaniyasını tərk edib və iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, dünən Ollanddan prezident postunu təhvil alan Emmanqel Makrona rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.