İraqda Səddam Hüseyn dönəmində güc strukturlarında işləmiş, sonradan İŞİD terrorçu təşkilatına qoşularaq təşkilat başçısının köməkçisi olan eks zabit Mosulun bombardmanı zamanı məhv edilib.
Baki-xeber.om-un ria.ru saytına istinadən xəbərinə görə, bu barədə yerli “Al Sumaria” telekanalı xəbər yayıb. Terrorçunun əsl adını açıqlamayan telekanal sözügedən regionda onun “Xalis şəhərinin Zərkavisi” adlandırıldığını bildirib. Bu isə 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqda “Əl-Qaidə”nin özəyini yaradan və İŞİD-in formalaşmasına səbəb olan Əbu Musab əz-Zərkaviyə işarə sayılır. Xəbərdə o da bildirilir ki, Səddam rejiminin güc orqanlarında briqada generalı olan həmin şəxs 2006-2007-ci illərdə “Əl-Qaidə”nin Xalisdəki “əmiri” olub. Son 10 ildə isə o, İraqın müxtəlif şəhərlərində fəaliyyət göstərib və sonda “İŞİD-in paytaxtı” Mosulda ”yüksək vəzifə” tutub.
Telekanala danışan Xalis şəhərinin meri sözügedən şəxsi Əl-Bağdadinin Mosulda “sağ əli” və “İŞİD-in müdafiə planlarının beyin mərkəzi” adlandırıb.