Türkiyə HHQ İraqın şimalındakı Zap və Sinap-Haftanin rayonlarında PKK terror təşkilatının obyektlərinə hava zərbələri endirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının açıqlamasında deyilir. Bildirilir ki, hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Bundan əlavə, terrorçuların 3 atəş nöqtəsi dağıdılıb.
Xatırladaq ki, PKK terror təşkilatı Türkiyənin dövlət orqanlarını və vətəndaşlarına silahlı hücumlar edir. Ötən ilin iyulundan isə bu hücumlar intensiv xarakter alıb. Bu müddət ərzində 500-ə yaxın dinc sakin, 800 nəfərdən çox güc strukturları əməkdaşı həyatını itirib. Əməliyyatlar nəticəsində 10 mindən çox terrorçu məhv edilib və ya həbs edilib.