İran islam Respublikasının Türkmənistan sərhədi yaxınlığında zəlzələ baş verib.
Baki-xeber.com-un İSNA agentliyinə istinadən xəbərinə görə, zəlzələnin episentri Şimali Xorasanın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb. Yeraltı təkanlar elektrik enerjisi, su və qazın verilişində problemlər yaradıb, bölgə ilə rabitə əlaqəsi pozulub. Xorasan əyalətinin inzibati mərkəzi olan Bocnurd şəhərində bir neçə bina uçub. Bölgənin bir neçə yaşayış məntəqəsində də evlərin uçduğu bildirilir.