Rusiya HKQ-ya aid Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ-ın P-8A Poseydon gözətçi təyyarəsinin 7 metrlik məsafədə yaxınlığından uçub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə NBC telekompaniyası ABŞ Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb. Xəbərə görə, hadisə 9 may tarixində baş verib və P-8A Poseydon adi qaydada gözətçi uçuş həyata keçirirmiş. ABŞ HDQ-nin sözçüsü Pamela Kunzi telekompaniyaya bildirib ki, hər iki təyyarənin ekipajı peşəkar davranıb və təhlükədən yayınmaq mümkün olub.