Türkiyəli yüksək vəzifəli bir zabit Vaşınqtonun YPG siyasətinə görə, ABŞ medalını qəbul etməkdən imtina edib. Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 10-da İncirlik bazasında yerləşən İŞİD-lə Mübarizə Koalisiyası Qərargahında baş verib.
Qərargahda keçirilən mərasimdə, ABŞ tərəfindən göstərdiyi şücaətlərə görə türk zabitin medalla təltif edilməsi planlaşdırılırmış.
Ancaq mərasimdə çıxış edən türk zabit medalı qəbul edə bilməyəcəyini deyib. Türk zabit medalı rədd etməsinin səbəbi kimi ABŞ-ın YPG siyasətini göstərib.
"Bu medalı verənlər mənim düşmənim olan YPG ilə əməkdaşlıq edir. Qürurum bu medalı qəbul etməyimə icazə vermir" – deyə zabit bildirib.