Suriyada Türkiyə ilə sərhəddə yaxın bir məsafədə PKK-nın Suriya qolu YPG və Rusiya bayrağı qaldırılıb. Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərhədin PYD-nin nəzarətindəki bölgəsindəki bayraqlar YPG tərəfindən qaldırılıb.
Türkiyə tərəfindən də açıq görünən Rusiya bayrağına görə, türk sərhəd qoşunları hazır vəziyyətə gətirilib. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Yerli mənbələr, bayraqların bölgənin nəzarətini əlində saxlayan PKK-nın Suriyadakı qolu PYD / YPG-ni qorumaq məqsədilə asıldığını bildirib.