"Əgər iki il ərzində Suriyanı qurtara bilməsəm istefa verəcəyəm”. Baki-xeber.com xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd bunu livanlı bir heyətlə görüşü zamanı deyib.
Bugünlərdə Dəməşqdə səfərdə olan livanlı heyət Bəşər Əsədlə görüşün bir qismini mediaya açıqlayıb. “Tesnim” xəbər agentliyinin xəbərinə görə Əsəd görüşdə deyib: "Əldə edilən bütün atəşkəs razılaşmalarının müvəqqəti bir mərhələ olduğunu düşünməyin. Suriya ordusu üstünlüyü ələ alıb və biz Hizbullah və Rusiyanın dəstəyini alırıq".
Əsəd daha sonra bildirir: "Əgər iki il ərzində Suriyanı qurtara bilməsəm istefa verəcəyəm, amma mən Suriyanın xilas olacağına dair yüz faiz zəmanət verirəm. Müzakirələr və bunun kimi mövzulara baxmayın, Suriyanın terrorçulardan və təkfirçilərdən qurtarılmasının real planı, Suriyanın regional rolunun yenidən qazanılmasıdır".