İranın Gülüstan vilayətində kömür mədənində partlayış baş verib.
Baki-xeber.com-un xəbərinə görə, hadisə nəticəsində 35 nəfər həlak olub, təxmini yaralı sayı 70-i ötüb.
İRNA agentliyi ölkə prezidenti Həsən Ruhaninin faciə nəticəsində həlak olanların ailələrinə başsağlığı verdiyini yazır.
Xəbərə görə, prezident Ruhani başsağlığı mətnində Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik gününün ertəsi gün İranın kömür mədənində baş verənləri milləti üçün böyük faciə adlandırır. Prezident Ruhani eyni zamanda sənaye və əmək nazirlərinə dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi üçün komitə yaradılması ilə bağlı göstəriş verib. O eyni zamanda, xilasetmə əməliyyatının sürətləndirilməsilə bağlı tapşırıq verib.
Faciə ilə bağlı Gülüstan vilayətində üç günlük matəm elan olunub.