ABŞ-ın eks dövlət katibi Madlen Olbrayt prezident Donald Trampı sərt tənqid edib.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb Trampın KXDR lideri ilə görüşün onun üçün “şərəf olması” barədə dediyi fikirlərdir. Xanım Olbrayt bu barədə fikrini CNN-in efirində bildirib. Dövlət Departamentinə rəhbərlik etdiyi 2000-ci ildə Madlen Olbrayt özü Kim Çen İnla Pxenyanda görüşdüyünü bildirib. Bununla belə o deyib ki, indiyə kimi heç bir ABŞ prezidenti onunla görüşməyib.
Olbrayt Trampı “diktatorla şəxsi münasibətlərdən çəkinməyə” çağırıb. Bildirib ki, belə münasibətlər biznesdə keçərli olsa da, siyasətdə “ağıllı oğlan və yaşərəf söhbəti” qəbuledilən deyil.