NATO qüvvələrinin konvoyu Əfqanıstan paytaxtı Kabilin mərkəzindən keçdiyi zaman bombalı hücuma məruz qalıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “TOLOnews” telekanalı bildirib. Xəbərdə bildirilir ki, NATO konvoyu ABŞ-ın bu ölkədəki səfirliyinin yaxınlığından keçərkən bombalı hücuma məruz qalıb. Belə ki, intiharçının idarə etdiyi bomba yüklü avtomobil yerli vaxtla səhər saat 8 radələrində əsgərləri aparan konvoya yaxınlaşaraq partladılıb. Nəticədə, ilkin məlumata görə, 8 nəfər həlak olub, 25 nəfər yaralanaıb. Xəbərdə hücuma məruz qalan avtomobilin hansı ölkəyə aid olduğu dəqiqləşdirilmir.
Hələlik hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.