ABŞ-ın Federal Təhqiqatlar Bürosunun məxfi sənədlərinə çıxışı olan qadın əməkdaşı 2014-cü ildə Suriyaya gedərək burada İŞİD terrorçu qrupunun üzvü ilə evlənib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bazar ertəsi Amerikanın CNN telekompaniyası xəbər verib. Xəbərə görə Daniela Qrin adlı FBR əməkdaşı əsasən burada tərcümə işi ilə məşğul olub. Ərə getdiyi Denis Kuspert adlı terrorçu isə qruplaşma arasında nüfuzlu şəxslərdən sayılır və əsasən gənclərin internet üzərindən terror qrupuna cəlb edilməsi işilə məşğul olur. Eyni zamanda o, təbliğat xarakterli videoroloklərin çəkilişində də iştirak edir. Hətta belə roliklərin birində onun kəsilmiş başla görüntüləndiyi deyilir.
Xəbərə görə, Daniela Qrin barəsində təhqiqat aparıldığı haqda Kasperti məlumatlandırıb. Lakin çox keçmədən o, səhvini dərk edərək ABŞ-a qayıdıb. Ölkəsində istintaqa ifadə verən Qrin beynəlxalq terrorizmlə bağlı iki dəfə yalan ifadə verdiyini də etiraf edib. İki il həbs alan Qrin ötən ilin yayında həbsxanadan çıxıb. O həbsdə olarkən isə - 2015-ci ildə Pentaqon ərinin Rakka şəhərinin bombalanması zamanı məhv edildiyi xəbərini yayıb. Lakin 2016-cı ilin avqustunda qurum etiraf edib ki, məlumat yanlış olub və sözügedən terrorçu hələ də yaşayır. Onun hazırkı taleyi barədə isə heç bir məlumat yoxdur.