"Avro, Fransa iqtisadiyyatı üçün bir yükdür. İqtisadiyyatı düzəltmək üçün öz köhnə pul vahidimizə geri dönməliyik". Baki-xeber.com xəbər verir ki, bunu Fransada prezidentliyinə namizəd Marine Le Pen deyib.
İfrat sağçı Le Pen Avropa Birliyinin pul vahidi avronun artıq öldüyünü deyib. Onun sözlərinə görə, vahid pul artıq Fransa üçün yükdür.
Milli pul vahidini bərpa etməyi planlaşdırdığını ifadə edən Le Pen, avronun beynəlxalq ticarətlə məşğul olan böyük şirkətlər tərəfindən istifadə edilən pula çevrildiyini deyib.