İranın Gem TV telekanalının təsisçisi Səid Kəriman Türkiyədə qətlə yetirilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Bi-bi-si Ukrayna” xəbər yayıb. Kəriman İstanbulda küveytli partnyoru ilə birlikdə güllələnib. Xəbərə görə, qətl hadisəsi aprelin 29-da İstanbulun Məslək rayonunda baş verib. Hücum edənlər onların avtomobilinə atəş açıb. Kərimian aldığı güllə yarasından hadisə yerində, partnyoru xəstəxanada dünyasını dəyişib. Sonradan onlara atəş açılan avtomobil yandırılmış vəziyyətdə aşkarlanıb.
Xəbərdə o da bildirilir ki, Gem TV İran auditoriyası üçün Qərb ölkələrinin proqramlarını translyasiya edir və daim İran hökumətinin ciddi tənqidinə məruz qalır.