ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Ağ Ev sözçüsü olaraq ilk xarici səfərini Almaniyaya edib.
Berlində kansler Angela Merkel və IMF başqanı Kristina Laqardla birlikdə qadın sahibkarlığı ilə bağlı tədbirdə iştirak edən İvanka Trampın çıxışında “atam” kəlməsini işlətməsi isə gülüşə səbəb olub. Xəbərə görə, İvanka bu kəlməni Donald Trampın ailə dəyərlərinə hər zaman qiymət verdiyini bildirərkən işlədib və deyib ki, "Atam prezident olmazdan öncə də ailələri çox güçlü bir şəkildə dəstəkləyirdi”. Bu zaman salonda uğultu qopub. Yalnız aparıcının mövzunu dəyişməsilə sakitlik bərpa olunub.
Qeyd edək ki, Ağ Ev sözçüsü İvanka Trampın Almaniyaya səfəri Kansler Angela Merkelin ABŞ səfəri zamanı planlaşdırılıb. Bu səfərin ABŞ-Almaniya münasibətlərinin isinişməsinə səbəb olacağı güman edilir.
Xatırladaq ki, Merkelin Vaşinqton səfərində pərtlik yaşanmışdı, belə ki, Tramp Merkelin ona uzatdığı əli görməzdən gələrək sıxmamışdı.