İsrail HHQ Dəməşq aeroportu yaxınlığında “Hizbullah” terrorçu təşkilatının silah anbarının yerləşdiyi iddia edilən ərazini bombalayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” ərazidəki kəşfiyyat xidmətində olan mənbəsinə istinadən xəbər verib. Hazırda olayla bağlı rəsmi məlumat yoxdur.
Xatırladaq ki, daha öncə Dəməşq aeroportu yaxınlığında güclü partlayışın olduğu barədə xəbər yayılmışdı. Sonradan yerli “Al Manar” telekanalı bunun İsrail HHQ-nin hava zərbələri olduğunu xəbər verib.