Fars körfəzində ABŞ HHQ-yə aid esmines təhlükəli həddə İran gəmisinə yaxınlaşıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Fox News” iki amerikan məmuruna istinadən xəbər yayıb. Xəbərə görə, ABŞ-ın “Mahan” esmines gəmisi özündən 1000 dəniz mili məsafədən İran gəmisinin keçdiyini görərək kursunda təcili dəyişiklik etməli olub. Eyni zamanda döyüş hazırlığı vəziyyətinə gətirilən gəmi həyəcan fiti verib. İran gəmisi isə həyəcan fitinə və atılan xəbərdarlıq raketlərinə heç bir reaksiya göstərməyib.
Xatırladaq ki, ABŞ-ın “Mahan” esminetsi yanvar ayında da Hörmüz boğazında İranın hərbi gəmisinə atəş açmışdı.