Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə söhbəti zamanı Rusiya prezidentinin Əsədlə bağlı dediyi fikirləri açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” yazır. Ərdoğanın sözlərinə görə, Putin Əsədlə şəxsi bağlılığının olmadığını deyib. Bildirib ki, o nə əsədin tərəfdarı, nə də vəkilidir. O deyib ki, yalnız Suriyada sabitliyin bərqərar olmasında maraqlıdır. Ərdoğan onu da deyib ki, hazırda Suriyada baş verən bir sıra hadisələrlə bağlı fikirlərini Putin “sadəcə bizlərə açıqlaya bilmir”.
Xatırladaq ki, Ərdoğan özü hər zaman Əsədin gedişində maraqlı olub və dəfələrlə bildirib ki, Suriyada münaqişənin həlli yolu Əsədin devrilməsindən keçir.