“Əl-Qaidə”terror qrupunun lideri Ayman əz-Zavahiri tərəfdarlarını Əsədə qarşı partizan müharibəsi aparmağa çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, hədəf olaraq o, Suriya dövləti ilə yanaşı, onu dəstəkləyən Qərb koalisiyası və İran qüvvələrini də göstərib. “Reuters” xəbər verir ki, internetdə yerləşdirilən audiomüraciətdə Zəvahiri öz tərəfdarlarını “xaçlılara və onların müttəfiqlərinə - şiə və ələvilərə qarşı uzunmüddətli mübarizədə təmkinli və hazırlıqlı olmağa” çağırır.
Audioyazının harada lentə alındığı dəqiqləşdirilməyib.