Kanada HHQ-nin qırıcı təyyarələri Alyaska ştatının sərhədləri yaxınlığında Rusiyaya məxsus Tu-95 strateji bombardmançılarını müşayiət edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə cümə günü CTV kanalı Şimali Amerikanın birləşmiş aerokosmik qüvvələrinin (NORAD) komandnlığına istinadən xəbər yayıb. Xəbərə görə, Rusiya təyyarələrinin qarşısını almaq məqsədilə NORAD iki qırıcısını havaya qaldırıb. Lakin komandanlıqdan bildirildiyinə görə, Rusiya HKQ-nin təyyarələri anadanın hava sərhədini pozmayıb. Komandanlığın açıqlamasında deyilir ki, Rus pilotları “peşəkar və təhlükəsiz” davranıblar.
Rusiyanın hərbi dairələri isə daha öncə bildiriblər ki, Uzaq aviasiyanın pilotları plana əsasən Arktika, Atlantika, Qara dəniz və Sakit okeanın neytral suları üzərində vaxtaxırı uçuşlar həyata keçirir.