"Armas" şirkətinə məxsus "Volcn de Tamasite" bərəsi Las-Palmas-de-Qran-Kanariya şəhərindən çıxarkən estakadaya çırpılıb.
Baki-xeber.com-un xəbərinə görə, bərədə 140 sərnişin olub. Qəzaya səbəb kimi elektrik sistemində nasazlıq olduğu göstərilir. Bildirilir ki, bununla bağlı olaraq komanda mühərrikləri idarə edə bilməyib və nəticədə bərə estakadayaçırpılıb.
Hadisə nəticəsində bərədə olan sərnişinlər xəsarət almayıb, lakin bərəyə və estakadaya ciddi ziyan dəyib.