Çinin bombardmançı təyyarələrində fövqəladə hərəkətlilik müşahidə edilir. Baki-xeber.com xəbər verir ki, “Reuters” agentliyi bu barədə ABŞ mənbələrinə istinadən məlumat yayıb.
Agentliyə danışan mənbə bu vəziyyətin səbəbini hələlik bilmədiklərini, ancaq hərəkətliliyin səbəbilə əlaqəli müxtəlif ehtimalların ola biləcəyini deyib.
Vəziyyətin narahatlığa səbəb olmadığı deyən mənbə, təyyarələrin həyəcan vəziyyətinə gətirilməsinə ehtiyac olmadığını da əlavə edib.
Ehtimallara görə, Çin təyyarələrinin hərəkətliliyi təlimlər və yə Koreya Yarımadasındakı gərginliklə əlaqəli ola bilər.
Bölgənin son dərəcə gərgin olduğu bir vaxtda Şimali Koreya yeni nüvə sınağı keçirməyə hazırlaşır, bu isə bölgədəki gərginliyin müharibəyə çevriləcəyi təhlükəsini artırır.