Şimali Qafqazda terror təhlükəsi artır. Trend-in məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
O qeyd edib ki, beynəlxalq terrorçular Şimali Qafqazda təbliğatı artırır və insanları cəlb etməyə davam edirlər: "Yerli gizli quldur fəaliyyəti aktivləşib, vəziyyət gərgindir".
Patruşev bəyan edib ki, Şimali Qafqaz Federal Dairəsinin təqribən 2700 nəfər sakini Suriya və İraqda terror təşkilatlarının tərkibində döyüşür.
O, regional hakimiyyətləri profilaktik işləri gücləndirməyə, internet resurslarının monitorinqini aparmağa çağırıb: "Eyni zamanda, miqrant axınına nəzarəti gücləndirmək, miqrantlar arasında radikal dini görüşə malik şəxsləri aşkar etmək lazımdır".