Mayda Pentaqon Şimali Korera raketlərini zərərsizləşdirmə təlimlərinə başlamağı planlaşdırır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CNN özünün Amerika Müdafiə nazirliyindəki mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, təlimlərdə məqsəd Pentaqonun atılacaq ballistik raketlərin zərərsizləşdirilmə imkanlarını yoxlamaqdır. Sakit okean hövzəsində keçiriləcək təlimlərdə “gəmi-hava” tipli zenit-raket komplekslərindən istifadə olunacaq. Xəbərə görə, hazırlıqlarda Yaponiya da iştirak edəcək, çünki hazırlıqlar həm də Tokionun müdafiəsinə yönəlib.
Bundan əlavə, ABŞ uzaqmənzilli rketlərin tutulmasını da test etmək niyyətindədir. Bunun üçün Kaliforniyadakı HHQ bazasının yerüstü PRO sistemlərindən istifadə olunacaq.
Təlimlərin İran və KXDR aqressiyasına qarşı hazırlıq xarakteri daşıdığı xəbər verilir.