Şimali Koreyada Kim Çen İrin 105 illiyi münasibətilə keçirilən hərbi paradda ABŞ-ın raketlə vurulmasını imitasiya edən rolik göstərilib.
Baki-xeber.com-un xəbərinə görə, rolik qəbiristanlıq və yanan Amerika bayrağı görüntülərilə sona çatır. “Renhap” agentliyinin xəbərinə görə, ötən şənbə Pxenyanda eyni zamanda qitələrarası ballistik raketlərin üç növü nümayiş olunub. Raketlərin nümayiş anında xor ölkənin hərbi potensialını tərənnüm edən mahnı ifa edərək həmin raketləri “imperializmə hədə” adlandırıb.